Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Camal Qaşıqçı cinayətini törədən qrupun lideri öldürülüb" – İDDİA
Tarix: 29-08-2019 | Saat: 19:39
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Dünya | çapa göndər

İstanbuldakı Camal Qaşıqçı cinayətini törədən qrupun lideri olduğu bildirilən Səud əl-Qahtaninin zəhərlənərək öldürüldüyü iddia olunur.
Qahtani cinayətin ardınca kral Salman tərəfindən vəzifəsindən uzaqlaşdırılan 5 nəfərdən biri olub.
Səudiyyə Ərəbistanı taxtının vəliəhd şəhzadəsi olan Məhəmməd ibn Salmanın ən yaxın müşaviri olan Qahtaninin bir müddət öncə itkin düşməsilə bağlı xəbərlər yayılmışdı.
Gündeme bomba gibi düÅen iddia: Suud El-Kahtani öldürüldü
Qaşıqçı cinayət ilə bağlı Səudiyyə Ərəbistanında aparılan araşdırma zamanı hakim qarşısına çıxarılan 11 nəfərin arasında yer almayan Qahtaninin altı gün əvvəl zəhərlənərək öldürüldüyü iddiası sosial medianın gündəminə bomba kimi düşüb.
Hazırda Norveçdə yaşayan fələstinli fəal İyad əl-Bağdadi sosial media hesabı vasitəsilə verdiyi açıqlamada "Dünən Səud əl Qahtaninin zəhərlənərək öldüyü xəbərini aldım" - deyə bildirib.
Qaşıqçı cinayətinin əsas iştirakçısı olaraq bilinən Qahtaninin sianid tuşusu ilə öldürüldüyü bildirilir. Lakin Səudiyyə Ərəbistanı tərəfi mediaya bu barədə heç bir açıqlama verməyib.

Səud əl Qahtani kimdir?


Səudiyyə Ərəbistanı taxtının vəliəhd şahzadəsi olan Məhəmməd ibn Salmanın ən yaxın adamlarından, eyni zamanda mətbuat katibi olan Səud əl-Qahtani Camal Qaşıqçını öldürmək üçün İstanbula göndərilən sui-qəsd qrupunun lideri hesab olunur.
Səudiyyə Ərəbistanında müxalifətçiləri həbs etdirən adam kimi tanınan Qahtani həm də Qaşıqçı cinayətində ABŞ-ın "qara siyahı"sına düşən 17 adamdan biridir.
Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz məlum hadisədən sonra Qahtanini tutduğu vəzifədən kənarlaşdırmışdı.
Camal Qaşıqçı cinayəti ilə bağlı araşdırma zamanı Səudiyyə Ərəbistanının kəşfiyyat idarəsinin sabiq başçısı Əhməd əl-Əsiri Qahtani haqqında "canavarca və xüsusi əziyyət verərək öldürmə" maddəsilə araşdırma başlatmışdı.


Xəbəri paylaş

5408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___