Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsrailin İraq, Suriya və Livana zərbələr endirməsinin pərdəarxası
Tarix: 27-08-2019 | Saat: 09:41
Bölmə:Bütün xəbərlər / M / Karusel / Dünya / M2 | çapa göndər

Təkrar seçkilər öncəsi hərbi gərginliyin artmasının arxasındakı səbəblər

Xəbər verdiyimiz kimi, ötən həftəsonu İsrail ordusu növbəti dəfə Suriya ərazisini vurub. Rəsmi məlumatda qeyd olunur ki, əsas hədəf Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında Akraba məntəqəsində yerləşən İran İnqilab Keşikçiləri Korpusu (Sepah) “Qüds briqadası”na məxsus baza vurulub.
Məlum olduğu kimi, İsrail ordusu 2011-ci ildə Suriyada müharibə başlayandan bu ölkəni zaman-zaman hədəfə alır. Xüsusən də son bir neçə ildə İsrail Suriyanın cənubunda və mərkəz bölgələrində İrana və eləcə də Livan Hizbullah təşkilatına məxsus olduğunu iddia etdiyi bazaları hədəfə alır. Ancaq bu dəfə bir fərqli detal olub. İsrail ordusu Livana 2006-cı ildə baş verən hərbi müdaxilədən sonra ilk dəfə Beyrut ərazisini vurub. Belə ki, İsrailə məxsus iki silahlı dron paytaxt Beyruta qədər gəlib. Onlardan biri Hizbullaha məxsus olan media mərkəzini hədəfə alıb. Partlayış nəticəsində mərkəzdə olan 3 nəfər yaralanıb. İkinci dron isə Hizbullah tərəfindən vurulub.
Ancaq daha sonra İsrailin Dəməşq yaxınlığında vurduğu yerin İrana məxsus olmadığı iddia edilib. Belə ki, “Sepah”ın keçmiş komandanı, hazırda Sistemin Məsləhətini müəyyən edən quruma rəhbərlik edən Möhsin Rizayi məlumatı təkzib edib. Rizayi deyib ki, İsrail və ABŞ İranın hərbi bazalarını vura bilməz. Onun sözlərinə görə, Suriyada İsrailin vurduğu yer İrana məxsus olmayıb. Eyni zamanda o deyib ki, İraq və Suriyanı müdafiə edən qüvvələr bu hücumlara cavab verəcək.
Ä°srailin Ä°raq, Suriya vÉ Livana zÉrbÉlÉr endir ile ilgili görsel sonucu
Suriya İnsan Haqları Müşahidə Mərkəzi isə Dəməşq yaxınlığında yerləşən və İsrail tərəfindən vurulan yerin Hizbullaha məxsus olduğunu və hadisə nəticəsində 2 Hizbullah döyüşçüsünün və bir iranlının öldüyünü açıqlayıb. Bundan sonra isə Hizbullah bombardman nəticəsində ölən iki üzvünün adını açıqlayıb. Həsən və Yasir adlı şəxs Dəməşq yaxınlığındakı bombalanan mərkəzdə olublar və hər ikisi bombardman nəticəsində dünyasını dəyişib.
İsrailin baş naziri Benyamin Netanyahu isə twitter hesabından yazıb ki, İsrail ordusu İranın hücumlarına qarşı hər sahədə cavab verir. Sitat: “Əgər biri bizi öldürməyə çalışarsa, siz onu öldürün”.
Livan baş naziri Səəd Həriri isə yaydığı yazılı açıqlama ilə İsrailin Livan ərazisini silahlı dronlarla hədəfə almasını “Livanın suverenliyinə açıq hücum və regional gərginliyi artırma cəhdi” kimi qiymətləndirib.
Hizbullah lideri Həsən Nəsrullah isə çıxışında bildirib ki, İsrail 2006-cı ildə 33 günlük müharibədən sonra ilk dəfə olaraq Livan sərhədlərini pozaraq ölkə ərazisinə müdaxilə edir. Eyni zamanda o, İsraili qisas əməliyyatı ilə hədələyib. Həsən Nəsrullah bildirib ki, bundan sonra İsrail əhalisi normal şəkildə yaşaya bilməyəcək. İsrail ordusuna müraciət edən Nəsrullah “sərhəddəki İsrail ordusuna üz tuturam, hazırlıq vəziyyətində olun və bizi gözləyin. Bir gün, iki gün, üç gün, sadəcə gözləyin” - deyib.
Ä°srailin Ä°raq, Suriya vÉ Livana zÉrbÉlÉr endir ile ilgili görsel sonucu
Məsələ ondadır ki, İsrail son aylarda yalnız Suriya deyil, eləcə də İraq ərazilərində də hərbi əməliyyatlar həyata keçirərək “Həşd-Şabi” silahlı qüvvələrinə məxsus bazaları bombalayır. Ötən ay İsrail ordusu yeni aldığı F-35 qırıcıları, bir neçə gün əvvəl isə müasir silahlı dronlar vasitəsilə İraq ərazisindəki “Həşd-Şabi” mövqelərini bombalayıb. İndi isə 13 ildən sonra ilk dəfə olaraq Livan ərazisinə daxil olaraq Hizbullaha aid mərkəzi vurub. Bundan əvvəl isə artıq 8 ilə yaxındır ki, İsrail qırıcıları hər ay demək olar ki, Suriya ərazisinə daxil olaraq Suriya, İran və Hizbullah qüvvələrini vurub. İsrail bunu qabaqlayıcı addım, daha doğrusu, İranın Suriyada möhkəmlənməsinə qarşı preventiv zərbələr kimi qiymətləndirir. Xüsusən də Suriyanın, yəni Dəməşqdən cənuba - İsrailə doğru ərazilərdəki İran hərbi mövcudluğunu özünə qarşı təhlükə adlandıran İsrail hakimiyyəti vaxtaşırı bu əraziləri vurur.
Ä°srailin Ä°raq, Suriya vÉ Livana zÉrbÉlÉr endir ile ilgili görsel sonucu
Lakin indi situasiya fərqlidir. Son bir ayda İsrail təyyarələri ilk dəfə olaraq İraq ərazilərinə gedərək buradakı “Həşd-Şabi” mərkəzlərini vurur. Doğrudur, “Həşd-Şabi”nin bəzi komandanları İranla yaxın əlaqələrə sahibdir, İranın bu qüvvələrə ciddi təsirinin olduğu güman edilir. Ancaq məsələ ondadır ki, “Həşd-Şabi” artıq 5 ildən çoxdur ki, mövcuddur və ötən illərdə İranın bu qruplaşmaya təsiri daha çox olub. Son illərdə isə əksinə, “Həşd-Şabi” artıq İraqın rəsmi ordusuna çevrilib, nizami orduya çevrilməsi istiqamətində addımlar atılır. Belə bir vaxtda İsrail gözlənilmədən İraqa hücum edərək “Həşd-Şabi”ni vurur. Üstəlik, onunla da kifayətlənmir, özü üçün birbaşa təhdid adlandırdığı Hizbullahı məhz Livan ərazisində hədəfə alır. Yəni bütün bu illərdən sonra İsrailin İraq, Suriya və Livanı hədəfə almasının arxasında əlbəttə ki, ciddi səbəb olmalıdır.
Ancaq aydın məsələdir ki, indi nə “Həşd-Şabi”nin, nədə Hizbullahın İsraili hədəfə almaq planı yoxdur. Suriyanı isə onsuz da istədiyi zaman vura bilirdi. Belə görünür ki, Livan baş nazirinin də dediyi kimi, regional gərginliyin artması İsraildə kiməsə lazımdır. Məsələ ondadır ki, gələn ay İsraildə təkrar seçkilər keçiriləcək. Apreldə keçirilən parlament seçkilərində Netanyahunun partiyası qalib gəlsə də, baş nazir hökuməti formalaşdıra bilmədi. Sentyabrın 17-də İsrail təkrar seçkilərə gedir və bu seçkilərdə İsrailin militarist siyasi qüvvələrinə gərginlik və müharibə atmosferi lazımdır. Təsadüfi deyil ki, aprel seçkilərində də Netanyahunun partiyasına İsrailin əsasən sərhəd zonalarında yaşayan və az qala hər gün savaş riski ilə üz-üzə olan əhalisi səs vermişdi. İndi də gərginliyin artması nəticə etibarı ilə Netanyahu və partiyasının reytinqinə xidmət edir. Bu mənada son həftələrdə İsrail ordusunun zərbələrinin əsl səbəbi real təhlükə deyil, qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə daha çox əlaqədardır.


Xəbəri paylaş

4178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___