Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Heydər Əliyevin ən çox etibar etdiyi kadrlarından biri -Aslan Aslanov
Tarix: 22-08-2019 | Saat: 13:30
Bölmə:Bütün xəbərlər / M / Karusel / Foto-fakt / Məşhurların Taleyi | çapa göndər

 Cəmiyyətdə icra başçısı, polis rəisi, deputat adına bir antipatiya olduğunu mən də bilirəm. Amma neyləməli ki, bir çox hallarda qurunun oduna yaş da yanır.
***
Hamıya məlumdur ki, mətbuta çıxış imkanlarım həmişə yüksək olub. Amma buna baxmayaraq mən heç vaxt Aslan Aslanovun barəsində müsbət bir yazı yazmamışam. Düzü buna nə mənim həvəsim olub, nə də ki, özü istəyib. Onun vaxtsız vəfatıyla bağlı bir çox "insanlıqdan uzaq"ların yazdığı rəyləri oxuduqdan sonra isə bu sətirləri paylaşmağı özümə borc bildim. Onun haqda uzun-uzadı çox yazmaq olar. Amma mən bacardıqca lakonik olacam. Ona görə də bu yazını diqqətlə oxuyun: çünki sonunda bir sualım olacaq. 
****
Kim idi Aslan Aslanov? 
ilk növbədə Heydər Əliyevin 93-cü ilin qanlı qadalı vaxtlarında 32 yaşında ikən etimad göstərib Şəmkir kimi rayona icra başçısı təyin elədiyi şəxs.
Yadınızda olar: həmin illərdə artıq gürcü millətçiləri və erməni şovunistlərinin aramsız təxribatları nəticəsində Borçalıdan üzü Bakıya ikinci qaçqın dalğası başlamışdı. Bu çətin missiyanın qarşısını almağı isə o vaxt Ulu öndər məhz Aslan Aslanova tapşırdı. Məlumat üçün bildirim ki : bu o vaxtlar idi ki, qulağımızın dibində olan Gürcüstanda səfirliyimiz belə yox idi.

***
Bu ekstımal vəziyyətdə soydaşlarımızla saysız-hesabsız görüşlər, daşınan yardımlar gürcüstanlı soydaşlarımızda özünə və sabhına inam yaratdı. İnsanlara çatdırıldı ki: artıq Azərbaycanda hakimiyyətə ilk çətinlikdəcə, gecəylə təyyarəyə minib xalqını meydanda yalqız, kimsəsiz qoyub qaçan qorxaqlar deyil- Heydər Əliyev kimi dahi şəxsiyyət gəlib.Və bu da insanlarda ölmüş mənəvi ruhun yenədən dirçəlməsinə stimul verdi. Köçün qarşısı alındı. Ancaq missiya bunula bitmədi.
***
Məktəblər və məscidlər təmir olundu (yeniləri açıldı). Tiflisdə uzun illərdən bəri yiyəsiz qalmış, itib batmış Fətəli Xan Xoyskinin, Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin qəbirləri təmir olunub, abadlaşdırıldı. Nəriman Nərimanovun az qala tamamilə dağıdılmış ev muzeyi yenidən təmir olundu. Tiflisdə erməni teatrı fəaliyytə göstərsə də Azərbaycan Dram Teatrı fəaliyyətini çoxdan dayandırmışdı. Hətta teatrın binası belə artıq başqaları tərəfindən mənimsənilmişdi. Bina geri alındı, teatra ikinci nəfəs verildi. Tiflisin mərkəzi küçələrindən birində "Azərbaycan Mətbəxi" restoranı fəaliyyətə başladı.Və bütün bunları Aslan Aslanov etdi.
***
Təbii ki, bütün bunların həyata keçirilməsində Heydər Əliyev və Eduard Şevardnadzenin dostluq münasibətləri də həlledici rol oynayırdı. Amma icraçı və təşkilatçı kimi Aslanovun əziyyəti də sonsuz idi. Və o Ulu öndərin ona həvalə etdiyi bu hədsiz dərəcədə çətin və məsuliyyətli tapşırığı layiqincə öhdəsindən gəldi. Onun hörmət və etimadını qazana bildi. Göstərilən bu etimad sonrakı illərdə də özünü doğrultdu. 94-95-cı illərdə əvvəlcə Surət Hüseynov, daha sonrasa məlum OMON hadisələri zamanı bir çox icra başçıları qaçıb gizlənəndə, məhz Aslan Aslanov Heydər Əliyevə zəng edərək " cənab Prezident, son nəfəsimizədək sizinləyik" dedı; və yerli camaat və hərbçiləri səfərbər edərək qiyamın yatırılmasında mühüm rol oynadı. Heç kəsə sirr deyil ki, Aslan Aslanov Gəncə də daxil olmaqla Qərb regionunun, o cümlədən də Borçalı mahalının qeyri-rəsmi qubernatoru funksiyasını yerinə yetirirdi. Və bu masştabda olan ağır bir işin öhdəsindən də layiqincə gəlirdi.
***
O Heydər Əliyevin ən çox güvənib etibar etdiyi kadrlarından biri idi. Aslan Aslanovun ilbəil artan nüfuz və hörməti təbii ki, bir çoxlarını narahat etməyə bilməzdi. Ona görə də bu illər ərzində özünə dostlarla bərabər kifayət qədər düşmən də qazanmışdı.Gözü götürməyəni, paxıllığını çəkənlər də öz yerində. Həyatına sui qəsd də etmişdilər- Bakıdan qayıdarkən avtomobili avtomatdan atəşə tutulmuşdu. Maşın yoldan çıxmış, sürücü və özü ağır yaralanmışdı. Ona görə də hər fürsətdəcə düşmənləri imkanı əldən vermirdi: haqqında olmazın şayıələr yayır, içtimai rəydə mənfi obrazını yaratmağa çalışırdılar. 
*** 
Tale də ona qarşı amansız oldu: 17 yaşlı gənc oğlu 1-2 əxlaqsız, yaramaz tərəfindən qətlə yetirildi. (Onların hansı derecede "çoxbilmiş" olamaları sonradan aydın oldu). Sonrasa ard-arda dünyasını dəyişən digər əziz və yaxınları. Bütün bunlarsa səhhətinə təsir edir, vaxtsız ölümü yaxınlaşdırırdı. Demirəm ki, şor çörəklə yaşayırdı. Əsla. Amma nəinki paytaxtda, heç Şəmkirin özündə belə hansısa " obyektə" barmaq tuşlayayıb: " bu Aslan Aslanovundur"- deyildiyini indiyə qədər nə gördüm, nə də ki, eşitmədim. 
***
Zaman və imkanlar baxımından götürsək Şəmkir və şəmkirlilər üçün ondan çox iş görən ikinci başçı olmayıb- amma bir daha təkrar edirəm; zaman və imkanlar amili nəzərə alınmaq şərtiylə. Məhz onun təşəbbüsü və təşkilatçılığıyla daxili imkanlar hesabına ölkənin ilk ən böyük stadionlarından biri inşa edilmişdi. Onun birbaşa himayəsi altında yaradılan Şəmkir FK 3 dəfə ölkə çempionu oldu. Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olan "Şəmkir" Latviyanın ən titullu klubu olan Skontonu Bakıda 4-1 hesabı ilə məğlubiyyətə uğratmışdı. 2005-ci ildə ( Aslanov Şəmkirdən getdıkdən sonra) qayğı və dəqqətdən kənar qalan klub "maliyyə çatışmamazlığı" bəhanəsiylə fəaliyyətini dayandırdı. Ondan sonra gələnlər klubu da dağıtdı, onun tikdirdiyi stadionu da. 
***
Onun tək Şəmkir, o sıradan da Azərbaycan və azərbaycanlılar üçün elədikləri çoxdur, lap çox. Bu yazıda yalnız ötəri xatırladıqlarımı ərz elədim. Bir ictimai-siyasi xadim, ziyalı kimi Aslan Aslanov bu gün ən azından Şəmkirdə bir küçə və ya məktəbə adının verilib əbədiləşdirilməsini haqq edib. O bütün şəmkirlilərin və vətənsevər insanların qəlbində həmişə yaşayacaq və xatırlanacaq.
*** 
İndisə üzümü onun bütün dostlarına və düşmənlərinə tutub sual edirəm: amma vicdanınızı qabağınıza qoyub düzünü deyin- tək rəhbərlik etdiyi rayon deyil, ümumən dövlət və dövlətçiliyimiz üçün bu qədər xidmət göstərmiş ikinci bir İcra başçısı (nazir, komitə sədri) tanıyırsızmı?


Xəbəri paylaş

1 5958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___