Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Paşinyan “qırmızı xətt”i niyə keçdi:təcrübəsizlik, yoxsa...
Tarix: 09-08-2019 | Saat: 10:13
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər

Erməni baş nazirin işğal altındakı Xankəndi şəhərində səsləndirdiyi, bir gün keçməmiş təkzib etdiyi bəyanat Bakıya fürsət yaradır; ekspert: “Rəsmi Bakı həm diplomatiyada, həm də cəbhə xəttində preventiv addımlar atmalıdır...”

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndində keçirilən “ümumerməni” mitinqində çıxışı zamanı irəli sürdüyü tezislər heç erməni ekspert çevrələrində də müsbət qarşılanmayıb. Xəbər verildiyi kimi, Paşinyan Qarabağı Ermənistana birləşdirməyi nəzərdə tutan “miatsum” şüarını yenidən gündəmə gətirib və deyib: “Qarabağ Ermənistandır, nöqtə”.
Rəsmi Bakı artıq Paşinyanın bu çıxışına sərt bəyanatlarla reaksiya verib. Virtualaz.org xəbər verir ki, Rusiyanın ekspert çevrələrindən də Ermənistan baş nazirinin çıxışına reaksiyalar var. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq araşdırmalar mərkəzinin avroatlantik təhlükəsizlik üzrə Mərkəzinin aparıcı elmi əməkdaşı Sergey Markedonov qeyd edir ki, Paşinyanın çıxışı milli birlik və erməni birliyinə maneə yaradan çoxsaylı parçalanmalar barədə pafosa bürünüb. “Qarabağ məsələsinin postsovet Ermənistanı üçün ən mühüm mövzu olduğu yenilik deyil. Lakin rəsmi İrəvanın nümayəndələrindən heç kim indiyə qədər bu qədər dəqiq və aydın deməmişdi ki, ”Qarabağ-Ermənistandır". Paşinyan sevimli mövzusundan-inqilab mövzusundan da yan keçə bilməzdi və onun fikrincə, Ermənistanda baş vermiş inqilab Qarabağda da davam etdirilməlidir. Beləliklə, Paşinyan özünü ayrıca götürülmüş respublikanın nazirlər kabinetinin rəhbəri kimi deyil, ümumerməni lideri kimi aparır", - Markedonov məqaləsində yazır.
Rusiyalı ekspertə görə, Paşinyan istəyir ki, 2020-ci ildə Qarabağda hakimiyyətdə onun adamı olsun. Ona görə də o, erməniləri qarabağlılara, yerevanlılara, gümrülülərə və ya icevanlılara ayırmağın mümkün olmadığını deyəndə birmənalı şəkildə eyham vurur ki, birləşdirici lider statusuna iddia edir. Və bu zaman o öz qaydaları ilə oynayacağını bildirir.
Habelə Markedonov hesab edir ki, Paşinyanın çıxışında xarici siyasət elementləri də var. O, Bakıya və həmsədr ölkələrə ünvanlanıb. “Paşinyan aydındır ki, danışıqlarda sərt mövqeyini möhkəmləndirmək istəyir və münaqişənin nizamlanmasına dair baza prinsiplərini detallı şəkildə müzakirə etmək istəmir. Bu qırğı mövqeyidir, amma Paşinyanın işinə Ermənistanın daxilində yarayır”- Markedonov vurğulayır. O qeyd edib ki, Paşinyan əvvəlki hakimiyyəti beynəlxalq arenada əsassız güzəştlərə getməyə can atan qüvvələr kimi təqdim edir və Qarabağ məsələsində məzənnəni qaldırmaq bu məsələdə onun işinə yarayır.
N.Paşinyanın bəyanatı təkcə Azərbaycanda gülüş obyektinə çevrilməyib, üstəlik, erməni ekspertlər də onun fikirlərini tənə və rişxəndlə qarşılayıblar. Lakin istənilən halda, ortaya haqlı sual çıxır, Paşinyan xüsusilə də Qarabağla bağlı nədən bu cür əcaib mövqe nümayiş etdirdi?
paÅinyan xankÉndidÉ ile ilgili görsel sonucu
Əslində Nikolun “Qarabağ Ermənistandır” cəfəngiyyatı Qarabağ klanının sonuncu silahını əlindən almaq cəhdidir. Ehtimallara görə, Rusiya prezidenti Vladimir Putinin oktyabrda Ermənistana səfəri gözlənilir və Qarabağ klanı Paşinyana sarsıdıcı zərbə vurmaq üçün planlar cızır. Elə Xankəndində keçirilən “ümumerməni oyunları” şousunda Bako Saakyanın Daşnaksütyun Partiyasının rəhbərliyinə xüsusi zaman ayırması da Paşinyana qarşı yeni güc mərkəzinin formalaşdırıldığını deməyə imkan yaradır. Bəzi ekspertlər Paşinyanın təcrübəsizlikdən bu cür bayağı bəyanatlar səsləndirdiyini güman edirlər. Təbii ki, ziddiyyətlərlə dolu həyata və fəaliyyətə sahib olan birisindən uzman siyasətçi gedişi gözləmək olmazdı. Elə onun Xankəndində dediklərini heç bir sutka keçməmiş təkzib etməsi və üstəlik, Ermənistan XİN-in qırmızıcasına rəsmi Bakını günahlandırmağa cəhd göstərməsi də dediklərimizi təsdiqləyir.
Politoloq MÉhÉmmÉd ÆsÉdullazadÉ ile ilgili görsel sonucu
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Paşinyanın hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Qarabağ münaqişəsinin həllində müəyyən qədər konstruktiv mövqe tutması və Qarabağ klanına qarşı siyasi repressiyalar həyata keçirməsi bəzi ümidlər formalaşdırırdı:“Xüsusilə MDB dövlət başçılarının Tacikistanda keçirilən sammitində Paşinyanın prezident İlham Əliyevlə şifahi razılaşma birbaşa Paşinyanın xahişi ilə həyata keçirilmişdi. Ermənistanda baş verən proseslər göstərir ki, Nikolun siyasi eyforiyası heç də kriminal erməni siyasi camesi ilə üst-üstə düşmür. Rəsmi İrəvan daha da kəskin və danışıqlar prosesinə zərbə vuran siyasi yanaşma ortaya qoyur. Paşinyan iqtidarı daxildə güclü olan Qarabağ klanına qarşı zəif olduğundan Qarabağla bağlı siyasətində özünün ilk aylardan qoyduğu müəyyən qədər konstruktiv yanaşmadan geri çəkildi. Hesab edirəm ki, son aylarda baş tutan xarici işlər nazirlərinin Moskva və Vaşinqton görüşündə əldə olunan müəyyən razılaşma artıq Paşinyanın Qarabağda verdiyi bəyanatla fiaskoya uğradı. Ona görə də biz artıq Paşinyandan münaqişənin həlli ilə bağlı konstruktiv siyasət gözləməyək. Məhz onun hakimiyyəti illərində bundan sonra biz daha da hərbi təzyiqlərə əl atmalıyıq. Çünki Paşinyanın xarici siyasəti və daxildəki vəziyyəti Ermənistanın müstəqil siyasət aparmasının qarşısını alır. Əgər bir ölkə müstəqil deyilsə, onunla münaqişənin həlli ilə bağlı aparılan danışıqlar təbii ki, nəticəsiz qalacaq. Paşinyan hazırda daxildə və işğal olunmuş ərazilərdə Qarabağ klanı ilə mübarizə aparır. Belə olan təqdirdə danışıqlarda heç bir güzəştə getməyəcək. Ona görə də biz onun hətta konstruktiv bəyanatlarını da heçə saymalıyıq. Paşinyanın verəcəyi bu kimi bəyanatlar yalnız manipulyasiya siyasətinə söykənir. Ermənistanda inqilab heç də demokratiyanın bərqərarı deyil. Burada hakimiyyətə gələn qüvvələr tipik Qarabağ klanının yeni formasıdır. Üstəlik, bu qüvvələr Qərbin çağırışlarına baxmayaraq, münaqişənin həllində real danışıqlardan yayınacaqlar”.
Ekspert deyir ki, Paşinyanın fkirlərinə sonradan düzəliş edilməsi baş nazirin danışıqlara zərbə vurduğunu anlamasının məntiqi nəticəsidir: “Amma onun dedikləri birbaşa rəsmi İrəvanın mövqeyidir və biz bu ritorikaya əsasən öz strategiyamızı müəyyənləşdirməliyik. Çünki Paşinyan digər erməni liderlərindən fərqli olaraq, daha da aydın şəkildə Qarabağ siyasətini açıq bəyan edir. Sonra təkzib versə də... Hesab edirəm ki, İrəvanın mövqeyində dəyişiklik olmayacaq və bəyanatından geri çəkilsə də, Qarabağ siyasətindən geri çəkilməyəcək. Ona görə də rəsmi Bakı preventiv addımlar atmalıdır. Həm diplomatiyada, həm də cəbhə xəttində”.
Azərbaycan müxalifəti də hesab edir ki, Paşinyan danışıqların üstündən xətt çəkdiyi üçün Azərbaycan hərbi əməliyyatlara əl atmaq fürsəti əldə edib.
AXP sÉdri PÉnah Hüseyn ile ilgili görsel sonucu
AXP sədri Pənah Hüseyn Moderator.az-a açıqlamasında Azərbaycanın hazırkı vəziyyətdə atması gərəkən adımlara diqqət çəkib. Partiya sədri hesab edir ki, son vaxtlar Ermənistanın aqressiv bəyanatlarını nəzərə alaraq Azərbaycan danışıqlarda iştirakını dayandırmalıdır. “İkincisi, təklif etmişdik ki, atəşkəslə bağlı Azərbaycanı bağlayan hansısa beynəlxalq sənəd mövcud olmadığına, habelə 1994-cü il mayın 12-də imzalanan sənəd öz qüvvəsini çoxdan itirdiyinə görə Azərbaycan atəşkəsi birtərəfli qaydada ən çoxu 6 ay ərzində elan etsin. Daha sonra bunun uzadılıb-uzadılmaması məsələsi də Azərbaycan tərəfinin mövqeyindən asılı olaraq həll edilsin. Nəhayət, hərbi qanunvericiliyə uyğun olaraq könüllü dəstələrin yaradılmasına start verilsin. Hesab edirəm ki, Paşinyanın sonuncu bəyanatı, Qarabağdakı hərbi təlimlərdə Ermənistanın rəsmi təmsilçilərinin iştirakı, Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi və s. yuxarıda qeyd etdiyimiz təkliflərin aktuallğını təsdiqləyir”.
QüdrÉt HÉsÉnquliyev ile ilgili görsel sonucu
Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev isə hesab edir ki, Qərbdəki ermənipərəst qüvvələr, həm də onların Rusiya hakimiyyətindəki əlaltıları Paşinyana belə bir açıqlama ilə çıxış etməyi tapşırıblar: “Onlar düşünürlər ki, bu açıqlamadan sonra Azərbaycan heç nə etməyib yenə danışıqlardan danışsa, hakimiyyətin nüfuzuna xalq arasında ciddi zərbə dəyəcək. Bundan sonra isə payızda ölkədə sabitliyi pozmaq üçün ciddi zəmin yaranacaq”. Q.Həsənquliyev hesab edir ki, biz Putinlə təcili danışıqlara başlamalıyıq: “Onu inandırmalıyıq ki, Rusiyanın bölgədə mövcudluğunu qoruması üçün bu münaqişəni saxlamaq lazım deyil. Bu münaqişə Rusiya üçün də təhlükə yaradır. Biz Rusiyanın bölgədə öz mövcudluğunu saxlaması üçün onun liderliyi ilə yaradılmış regional təşkilatlara qoşula, ikitərəfli müqavilələr bağlaya bilərik. Əgər Putin ciddi qərarlar qəbul edə bilməyəcəksə onda iqtidar xalqla açıq danışmalı, Rusiya ilə münasibətlərə yenidən baxmalı və peşəkar ordu quruculuğu istiqamətində vacib qərarlar qəbul etməlidir”.
“Ordu quruculuğu istiqamətində hansı addımların atılmasını vacib hesab edirsiniz” sualını cavablandıran BAXCP sədrinin qənaətinə görə, ilk növbədə müdafiə naziri mülki, yüksək intellektə malik, təcrübəli və siyasi baxımdan hazırlıqlı şəxs olmalıdır: “Ən azı 30 min nəfərlik, dağlıq ərazidə döyüşməyi bacaran peşəkar ordu birləşmələri yaradılmalıdır. Cənubi Azərbaycandan, Türkiyədən, Pakistandan, Əfqanıstandan ehtiyatda olan, hərbi əməliyyatlarda iştirak etmiş zabitlər və hərbçilər müqavilə əsasında orduya cəlb olunmalıdır. Müddətli hərbi xidmətə çağırış 6 aya endirilməlidir. Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir. Bununla yanaşı, paralel olaraq Azadlıq savaşı başlayana qədər cəbhə xəttində hər gün işğalçıları öldürməyə çalışmalıyıq. Xalqı sülhə yox, torpaqlarımızın azadlığı və milli şərəfimiz üçün ölüm-qalım savaşına hazırlamalıyıq”.
****
Qeyd edək ki, dünən ilin döyüş hazırlığı planına uyğun olaraq, idarəetmə orqanları və qərargahların döyüş uyarlılığının təşkili, eləcə də heyətlərin əməliyyat və döyüş quruluşunun müxtəlif elementlərinin döyüş tətbiqi üzrə dəqiqləşdirilməsi və yoxlanılması məqsədilə Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb. Azərbaycan ordusunun hərbi təlimlərə başlaması düşməni sözsüz ki, narahat edir. Amma Bakı artıq bəyan edib: baş verəcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın üzərindədir. Paşinyan nöqtəni qoyubsa, indi cavabını gözləsin...


Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___