Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Düşmən iriçaplı pulemyotlardan atəş açdı - CƏBHƏDƏ GƏRGİNLİK!
Tarix: 09-08-2019 | Saat: 10:00
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət | çapa göndər

Düşmən iriçaplı pulemyotlardan atəş açdı -CƏBHƏDƏ GƏRGİNLİK!

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyindən "Xeberaz.Az"-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli,  Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.



1298 dəfə oxunub.

Digər xəbərlər
12-07-2017, 13:48 Sabahın Havası

bütün xəbərlər
____ Instagram ___