Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"BİNƏQƏDİ ENERJİ TƏCHİZATI VƏ SATIŞI" idarəsinin fəaliyyəti ...
Tarix: 07-08-2019 | Saat: 23:06
Bölmə:Bütün xəbərlər / M / İqtisadiyyat / Reportaj | çapa göndər

Son illər Respublikamızda neft sektoru ilə bərabər  qeyri-neft sektorunda da yeni istehsal sahələrinin açılması, şəhər, qəsəbə və kəndlərin mühəndis-kommunikasiya təminatı sistemlərinin daha da yaxşılaşdırılması, infrastrukturun genişləndirilməsi ölkəmizin dayanıqlı və dinamik inkişafının prioritet istiqaməti olmuşdur. Aparılan islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisinin xeyli artmasına imkan yaratmışdır.
Kommunal xidmət sektorunda köklü dəyişikliklər edilmiş, daha müasir istilik təchizatı sistemi qurulmuş, iqtisadi cəhətdən səmərəli olmayan qazanxanalar ləğv edilərək yeni istilik təchizatı qurğuları tikilib istifadəyə verilmişdir. Regionların təbii qazla təminatı sistemi yaxşılaşdırılmış və ən ucqar kəndlərin də qazlaşdırılmasına nail olunmuşdur.
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu üçün yaradılmış əlverişli mühit sayəsində yeni tikilən binaların sayı nəzərəçarpacaq dərəcədə artmışdır. Yeni tikililərin enerji təchizatı sahəsində həyata keçirilməsi planlaşdırılan məqsədyönlü islahatlar kommunal xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasını və dünya standartlarına uyğunlaşdırılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsini zəruri edir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də kommunal xidmətlər sektorunda fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmanı, o cümlədən investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən istifadəni təmin edən tənzimləyici qurumun yaradılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilmişdir.
Elə bu baxımdan həmçinin  Paytaxt Bakımızın da 12 inzibati rayonundan biri olan Binəqədi rayonu üzrə fasiləsiz elektrik enerjisi  dayanıqlı təmin edilməkdədir. 
Qeyd edək ki, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi əməkdaşlarının sayı 40 nəfər olan Binəqədi 110/35/10KV Enerji Təchizatı şöbəsindən, əməkdaşlarının sayı 44 nəfər olan Binəqədi 10/6/0,4 KV Enerji Təchizatı şöbəsindən və əməkdaşlarının sayı 59 nəfər olan Binəqədi Enerji Satışı şöbəsindən ibarətdir.


Rayon üzrə olan yaşayış massivlərində(Rəsulzadə, Mehdiabad,Biləcəri və s.)  son dövrlər elektrik veriliş xətlərinin istismar müddəti başa çatmış hissələri daxili imkanlar hesabına və qurumun satılan elektrik enerjisinin xərclər smetasına müvafiq olaraq əhalinin normal tezlikli elektrik enerjisi ilə təmin olunması məqsədilə son illər xeyli işlər aparılmışdır.
Media olaraq araşdırma apararkən də bu qeyd edilənlərin əyani sübutu kimi rayon qəsəbə və kəndlərində elektrik  təsərrüfatı üzrə abonentlərin yeni yaşayış massivlərində , o cümlədən fərdi yaşayış evlərinin də elektrikləşməsi məqsədilə lazımi gücə hesablanmış Transformatorlar quraşdırılmışdır. Binəqədi Enerji Təchizatı və satışı idarəsinə rəis təyin edilən Paşa Rzayev, idarədəki təmir personalının paytaxt Bakının məxsusi olaraq enerji sistemində dayanıqlığı təmin  etmək məqsədilə operativ işçi qrupu şəklində verilən  enerjinin fasiləsizliyini daim öz nəzarətində saxlayır. Həmçinin də idarənin fəaliyyət mexanizmindən irəli gələrək  yeni kabelləşmə işləri həyata keçirilərək əhalinin məskunlaşdığı yeni massivlərdə sayğaclaşma işləri də aparılmaqla vətəndaşların sosial həyatında mühüm yer tutan elektrik enerjisinin  Azərişıq ASC-nin Binəqədi Enerji təchizatı və satışı idarəsi tərəfindən  təşkili təqdirəlayiq hal kimi dəyərləndirilir.
 Dövlət başçımız cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərişıq və Azərenerji ASC -nə 04 sentyabr 2018-ci ildən sədr təyin edilən Balababa Rzayev bu keçən bir il zaman aralığındaca dayanıqlı elektrosistemin təşkili məqsədilə Ölkəmizdə enerji sistemin yeni dairəvi sxem üzrə tətbiqi mexanizmlərinin işlənib hazırlanması göstərişini də vermişdir. 
Ötən illərdən fərqli olaraq artıq Enerjinin verilməsində və istismarında ,mövsümün istənilən növü dövründə bu sahədə heç bir problem bə çətinlik yaşanmır. Elə məhz özümüz də şahidi olaraq bugün böyük coşqu hissiylə qeyd edirik ki, cari ilin bu ötən 8 ayı ərzində istər çoxmənzilli yaşayış binalarındakı mənzillərdə, istərsə də Bakıətrafı 32 kənd və qəsəbələrdəki enerji təsərrüfatında heçbir problem , əngəl və maneə olmadan abonentlərin əhali və qeyri-əhali qrupu normal tezlikli elektrik enerjisilə fasiləsiz olaraq təmin olunurlar.
Bütün bunlar məhz müstəqil dövlətimizin bir daha xalqa qayğı naminə aparılan sosial iqtisadi siyasətin bariz nümunəsidir. Bir daha öz növbəmizdə Dövlətimizin iqtisadi sistemində mühüm yer tutan Elektroenergetka sistemində çalışan bütün kollektivə gələcək işlərində də uğur və nailiyyətlər arzu edirik.
"Xəbəraz.az " 
Xəyyam Ayətoğlu.


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___