Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
335 abituriyent elektron ərizəsini təsdiq etməyib - DİM
Tarix: 06-08-2019 | Saat: 19:15
Bölmə:Bütün xəbərlər / Karusel / Təhsil / M2 | çapa göndər

335 abituriyent elektron ərizəsini təsdiq etməyib -DİM

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlər ərizələrini təsdiq etməlidirlər
Dövlət İmtahan Mərkəzindən "Xeberaz.Az"-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılmayacaq və bu gün saat 23:59-da başa çatacaq.
6 avqust saat 17.30-a olan məlumata əsasən 57772 abituriyent (o cümlədən 12118 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib. 335 abituriyent isə ixtisasları elektron ərizəsində qeyd edib yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.
Abituriyentlərin (həmçinin subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlər qeyd olunan vaxtadək ərizələrini təsdiq etməlidirlər.


Xəbəri paylaş

5198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___