Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lizinqlə əmlak əldə etməyin riskləri
Tarix: 06-08-2019 | Saat: 13:15
Bölmə:Bütün xəbərlər / M / İqtisadiyyat / Reportaj | çapa göndər

 Lizinq hər hansı bir avadanlığın və ya əmlakın lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir.  Yəni, lizinqlə siz hər hansı əmlak əldə etdiyiniz zaman həmin əmlakdan yalnız istifadə hüququ, icarə hüququ əldə edirsiz. Lizinq şirkətləri əmlak əldə edir, mülkiyyətinə keçirir daha sonra da müəyyən müddət üçün (adətən bu müddət 3 ildən artıq olur) lizinq alana istifadəyə verir. Əgər müəyyən edilmiş müddət ərzində ödənişlər vaxtı vaxtında edilərsə siz həmin əmlaka müddətin sonunda mülkiyyət hüququ əldə edirsiz. Lizinq müqaviləsinin tərəfləri mütləq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmalıdı. Lizinq yolu ilə təkcə avtomobil deyil, istənilən növ daşınar və ya daşınmaz əmlak əldə etmək mümkündür. Kredit müqaviləsindən fərqli olaraq lizinq zamanı kredit tarixçəsi, gəlirlər barədə ətraflı məlumata ehtiyac yaranmır, daha asan rəsmləşdirmə qaydaları tətbiq edilir.
 Bilməlisiniz ki:
1.    Lizinqlə aldığınız avadanlıq, avtomobil və digər istənilən əmlak sizin deyil. Siz həmin əmlakın müvəqqəti istifadəçisisiniz;
2.    Əgər ödəmələri vaxtında etməsəniz həmin əmlaka dair bütün hüquqlardan məhrum oluna bilərsiz;
3.    Hər bir lizinq müqaviləsində müqaviləyə xitam verilməsi üçün müddət müəyyən edilir, məsələn ardıcıl 2 ay ödəmələr həyata keçirilməsə müqaviləyə xitam verilir. Göründüyü kimi, ödəmələrin davamlı olmasına ciddi şəkildə riayət etməlisiniz, əks təqdirdə ödədiyiniz bütün vəsaiti itirə bilərsiz,
4.    Lizinqlə əldə etdiyiniz əmlakdan doğru-düzgün, təyinatına uyğun istifadə etməlisiniz. Əgər əldə etdiyiniz əmlaka laqeyd münasibət bəsləsəz, onun qəsdən sıradan çıxmasına şərait yaratsaz həmin əmlakı geri qaytarmağa və ödədiyiniz məbləğin itirilməsinə səbəb olacaqsız;
5.    Lizinq verənin razılığı olmadan əmlakın dəyərini artıracaq heç bir  iş görməyin, əlavə vəsait xərcləməyin. Çünki siz ödəmələri vaxtında etməsəz əlavə xərclədiyiniz vəsait də əlinizdən çıxmış olacaq. Lakin qarşılıqlı razılıqla həmin əmlakın dəyərini artıracaq hərəkətlər etsəniz, çəkidiyiniz razılaşdırılmış xərcləri tələb edə biləcəksiz;
6.    Lizinq müqaviləsi kredit müqaviləsi deyil. Lizinqi kreditdən fərqləndirən üstün cəhətlərindən biri də bir çox sənədlərin və girovun tələb olunmamasıdır. Misal üçün siz hər hansı bir avadanlığı almaq üçün bankdan nağd olaraq pul götüməlisiniz. Bu zaman isə sizdən bir çox sənədlər və girov tələb olunacaqdır. İllik faizlər və yüksək komissiya haqqı ilə birlikdə siz əldə etdiyiniz krediti, banka ödəməli olacaqsınız;
7.    Bu misal sizə lizinqin mahiyyətini anlamaqda kömək edəcək. Əslində “rent a car” da lizinqin bir növüdür. Daha doğrusu lizinqin qısa müddətli növüdür, renting adlanır. Bu zaman siz nəqliyyat vasitəsini qısa müddətə istifadə götürürsüz, istifadə edirsiz, bunun üçün haqq ödəyirsiz, istismara yararlı vəziyyətdə geri qaytarırsız. Lizinqdə də əgər ödənişlər müddətin sonunadək davam etdirilməsə əmlak heç bir haqq tələb edilmədən geri təslim edilir. 
8.    Yəni hər bir halda ümumi ödəniləcək yekun məbləğə, ödəniş qrafikinə, əmlakın saxlanma xərclərinə, sığortaya dair bütün müddəalara lizinq müqaviləsi bağlanarkən diqqət yetirməlisiz, əks təqdirdə arzuolunmaz nəticələrlə qarşılaşa, xeyli miqdarda vəsait itirə, maddi və mənəvi ziyan çəkmənizlə nəticələnə bilər.
[06.08 12:54] +994 50 406 88 89: Vəkillər Kollegiyasının üzvü 
Vəkil Roman Qaraşov


Xəbəri paylaş

5368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___