Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tanınmış modeldən etiraz - Uşağa işgəncə verənlərə ən ağır cəza verilsin!
Tarix: 04-09-2022 | Saat: 04:08
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Aktual | çapa göndər

Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli videosu sosial şəbəkənin demək olar ki, gündəm mövzusuna çevirilib. Xoşagəlməz hadisəni hər kəs tənqid etdi.

Sevinc Məmmədova

İstər siyasi istər bloger istər jurnalist istər sənət adamları hər kəs azyaşlı uşağa verilən bu dözülməz hala görə şəxslərin tapılıb ciddi cəza verilməsini istədilər. Məsələ ilə bağlı "Azərbaycan Reallığı"na danışan Bakı Gözəli 2016 qalibi və Miss Azərbaycan 2018 qalibi Sevinc Məmmədova bildirir ki, Bunu edənlərə kimliyindən asılı olmayaraq ən ağır cəza verilməlidir. Uşaqlara, qadınlara, mənsum şəxslərə ümumiyyətcə insanlara qarşı şiddət göstərənlərə cinayyət və prasesual məcəllədə ən ağır cəza nədirsə o da verilməldir!

Elşad Hacıyev

Məsələ ilə bağlı "Azərbaycan Reallığı" sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirir ki, Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir.  

AZƏRBAYCANREALLIĞI.COM  


Xəbəri paylaş

5688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___