Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İmtahanda bunlar qadağandır - DİM xəbərdarlıq etdi
Tarix: 16-03-2018 | Saat: 11:16
Bölmə:--- | çapa göndər



Dövlət İmtahan Mərkəzi 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlərə xəbərdarlıq edib.Mərkəzdən daxil olan məlumata görə, buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər aşağıdakı qaydalara riayət etməlidir:

İmtahana gələrkən buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin əsli, tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətləri (xətkeş, pərgar və  transportir) gətirilməlidir.

"İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlmək lazımdır.

İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır.

İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşmək lazımdır.

Sual kitabçasını, cavab vərəqlərini və inşa vərəqini qatlamaq, əzmək, orada lazımsız qeydlər etmək olmaz.

İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir.

Səhv cavabların nəticələri düz cavablara təsir etmir.



Xəbəri paylaş

1888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___