Ana Sayfa > Siyasət / Gündəm / M2 > “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək20-08-2018, 16:28. Yazar: Xeberaz |
Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. Xeberaz.Az bildirir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Bildirilib ki, avqustun 24-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Qeyd edək ki, hazırda 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir. Geri dön |