Ana Sayfa > M / Karusel / İqtisadiyyat > “Türk TIR-ları Azərbaycandan keçəcək“

“Türk TIR-ları Azərbaycandan keçəcək“


29-11-2015, 19:18. Yazar: Xeberaz
“Türk TIR-ları Azərbaycandan keçəcək“
Prezident İlham Əliyevdən Türkiyəyə önəmli dəstək

Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya aid "Su-24" bombardmançısını vurmasının ardınca, Moskva Ankaraya qarşı iqtisadi cəza tədbirlərindən biri olaraq, türk TIR-larına - beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapıları bağlayıb.

Xəbəraz.az Virtualaz.org saytına istinadən ı xəbər verir ki, Gürcüstandan keçib Rusiyaya hərəkət edən Türkiyə TIR-ları sərhəd qapılarının onların üzlərinə bağlanmasından sonra Azərbaycana üz tutublar. Və prezident İlham Əliyev Rusiyanın Türkiyə TIR-larına qapıları bağlamasından sonra türk yükdaşıyanların Azərbaycan üzərindən keçidini asanlaşdırmaq barədə təlimat verib.

Türkiyə mənbələrinin xəbərinə görə, Orta Asiya respublikalarına yük daşıyan türk TIR-larının Rusiyadan keçməsi əngəllənəndən sonra İlham Əliyev ölkənin gömrük xidmətinə bu TIR-ların Azərbaycan üzərindən maneəsiz keçidinə şərait yaratmaq üçün təlimat verib.

Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Nəqliyyatçılar Dərnəyini - türk yükdaşıyanlarını birləşdirən təşkilatı (UND) məlumatlandırılıb.

Bundan sonra Rusiyadan keçib Orta Asiya respublikalarına yük daşıyan Türkiyə nömrə nişanlı TIR-lar Xəzər dəhlizindən istifadə edəcək.

“Türk TIR-ları Azərbaycandan keçəcək“

Məlumata görə, bu məsələni Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Bakıya səfəri zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarova çatdırıb. Məmmədyarov isə məsələni prezident İlham Əliyevə məruzə edib. Azərbaycan prezidenti Türkiyə tərəfinin müraciətini müsbət qarşılayıb və türk TIR-larının keçidini asanlaşdırmaq üçün bütün mümkün tədbirləri görmək təlimatı verib.

Təlimata əsasən Azərbaycan dəhlizindən istifadə edən türk sürücülərin vizası və keçid sənədi olmasa belə, onlara qarşı cəza tədbirləri görülməyəcək.

UND-in icra komitəsinin rəhbəri Fatih Şener deyib ki, indiyədək türk TIR-ları Xəzər dənizindən keçid üçün bərə haqlarının həddən artıq yüksək olduğuna görə, Azərbaycan dəhlizindən çox istifadə etmirdi.

“Biz bu dəhlizdən keçidin asanlaşdırılmasını gözlədiyimiz bir vaxtda Rusiya ilə böhran yarandı və Azərbaycan çarəsiz qalan yükdaşıyanlarımıza sahib çıxdı”- Fatih Şener deyib.

UND başqanı bu qərara görə Azərbaycan prezidentinə təşəkkür edib. Deyib ki, Orta Asiya ilə Türkiyəni birləşdirən bu dəhlizin davamlı olacağını gözləyirlər.

Azərbaycan prezidentinin təlimatından sonra günlərdir Gürcüstan-Rusiya sərhəddində gözləyən türk TIR-ları geriyə dönərək Azərbaycana keçib və Xəzər dənizi üzərindən Orta Asiyaya doğru istiqamət alıb.

“Bu dəhliz məsafənin qısa olması səbəbindən sərfəlidir. Davamlı olsa, Azərbaycan iqtisadiyyatına da fayda gətirəcək”- F.Şener bildirib.

UND rəhbəri Xəzər dəhlizinin daha fəal istifadə edilməsi üçün Azərbaycan tərəfinin TIR-lardan 465 dollarlıq tranzit keçid haqqını ləğv etməsinə və liman xərclərinin azaldılmasına ümid etdiklərini deyib.
“Türk TIR-ları Azərbaycandan keçəcək“

Geri dön