Ana Sayfa > M / Karusel / Gündəm > 20 yanvarın günahkarı, dünyanın tarixini dəyişən adam öldü - FOTO

20 yanvarın günahkarı, dünyanın tarixini dəyişən adam öldü - FOTO


21-11-2015, 12:07. Yazar: Xeberaz
20 yanvarın günahkarı, dünyanın tarixini dəyişən adam öldü - FOTO
Böyük Britaniyanın BBC telekanalı SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun öldüyü barədə xəbər yayıb. BBC bu xəbəri yaysa da, informasiyanın təsdiq olunması barədə sübutlar yoxdur.

Artıq bir çox agentliklər Britaniyanın BBC kanalına istinadən bildirib ki, Sovet İttifaqı Kommunist Partiyasının MK-ın sabiq-baş katibi Mixail Qorbaçov ölüb.

“Bu gün mən şəxsən Mixail Serqeyeviçlə görüşdüm. O, xeyli gümrah görünürdü”, - deyə "Qorbaçov-Fond"un mətbuat katibi bildirib. Onun sözlərinə görə, noyabrın 18-də Qorbaçovu şəxsən görüb və bu gün isə onunla telefonda danışıb.

“20 yanvar” hadisələrinin əsas günahkarlarından biri Mixail Qorbaçovun səhhəti bir neçə dəfə qəfil pisləşib. Qorbaçov sentyabr ayında ağır vəziyyətdə təcili olaraq Moskvadakı klinikalardan birinə yerləşdirilmişdi. Bundan əvvəl, iyulun ortalarında onun beynində və ürəyində yaranan problemlərə görə qismən iflic olması barədə xəbərlər yayılmışdı. 84 yaşlı Qorbaçov son zamanlar daim xarici ölkələrdə müalicə kursu keçir.
20 yanvarın günahkarı, dünyanın tarixini dəyişən adam öldü - FOTO
Geri dön