Ana Sayfa > M / Karusel / Siyasət > Çexiya prezidenti Azərbaycana gəlib

Çexiya prezidenti Azərbaycana gəlib


15-09-2015, 16:37. Yazar: Xeberaz

Çexiya prezidenti Azərbaycana gəlib

Bakıda Çex Respublikasının prezidenti Miloş Zemanın rəsmi qarşılanma mərasimi olub

APA-nın mәlumatına görә, Azərbaycan prezidentinin iqamәtgahı qarşısında rәsmi qaravul dәstәsi düzülüb. Miloş Zeman və xanımı İvana Zemanovanı Azәrbaycan prezidenti İlham Әliyev vә xanımı Mehriban Әliyeva qarşılayıb. Daha sonra hәr iki ölkәnin dövlət hәmni sәslәndirilib.

Prezidentlәr fәxri qaravulun önündən keçdikdən sonra nümayәndә heyәtlәri ilә tanışlıq olub.

Ardınca prezidentlәrin təkbətək görüşü başlayıb. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş və prezidentlərin mətbuat konfransı keçiriləcək.
Geri dön