Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Müsahibə > Cavid Qurbanova qarşı növbəti təxribat: Onlar qanun, yoxsa Allah qarşısında cavab verəcək?
Cavid Qurbanova qarşı növbəti təxribat: Onlar qanun, yoxsa Allah qarşısında cavab verəcək?15-03-2019, 09:29. Yazar: Xeberaz |
Amma bir məşhur xalq məsəlində deyildiyi kimi məscidin ağzı açıq olanda itdə də həya gərək. Bu cür cəzasızlıq heç bir halda dövlət başçısının və onun nümunəvi komanda üzvünün hər cür qara piar hədəfinə çevrilməsinə rəvac verməməlidir. Çünki məhz belələri üzündən sanballı və cəmiyyətdə hüsn-rəğbət qazanmış media quruluşlarının da mötəbərliliyinə xələl gəlir, dəyərli qələm sahibləri hörmət-izzətdən düşür. Ona görə də belələrinə qarşı təkcə qanunlarımızın sərt üzü deyil, ictimai qınaq və həmkar məzəmməti də öz sözünü deməlidir. Elə "Azərbaycan Dəmir Yolları" QSC - nin sədri, millət vəkili Cavid Qurbanov da vaxtaşırı bu cür yaramazların ağılasığmaz şər-böhtanları, çeşidli qarayaxmaları ilə üz-üzə qalır. Baxmayaraq ki, C. Qurbanov xarakterinə uyğun olaraq kimsəyə pislik etməməyə çalşıdığından ona qarşı zaman-zaman məkrli niyyət və sifarişlə tirajlanan yazılara əhəmiyyət vermir, dövlətə və dövlət başçısına göstərdiyi sədaqətə güvənərək bu cür kampaniyalara "it hürər, karvan keçər" məntiqi ilə yanaşır, amma bu heç də o demək deyil ki, kimsə, kimlərsə şərəfsizcəsinə ona qarşı yuxuda gördükləri və ya sifariş aldıqları iddiaları ictimai rəyə yeridə bilərlər. Yeri gəlmişkən, bu üzdəniraqlar yenə də Novruz bayramı qabağı bir tozanaq qoparmaq həvəsinə düşüblər. Onlar iddia edir ki, bir neçə gün öncə Bakıya təşrif buyurmuş türk sənətçisi Demet Akalını Bakıya sünnət toyuna gətirən məmur Cavid Qurbanovun qardaşı olub. Zavallılar bunu onunla əsaslandırırlar ki, sənətçi Türkiyəyə qayıtdıqdan sonra sosial şəbəkələrdə ev sahibi Gülü Şəmşirli adlı xanıma təşəkkürlərini bildirib. Buna görə soyadın izi ilə gedərək sünnəti olan uşağın anasının Şəmşirli soyadını daşımasına görə belə qənaətə gəliblər ki, sənətçini məhz Gülü Şəmşirli Bakıya dəvət edib. Amma stəkanda fırtına yaradaraq Cavid Qurbanovu hədəfə gətirən quşbeyinlərin ağlına da gəlməyib ki, sünnəti olan uşağın atası və ata babasının kimliyini araşdırsınlar. Əgər araşdırsaydılar bəlkə də öyrənə bilərdilər ki, uşağın atası Türkiyədə yaşayan və kifayət qədər tanınan iş adamı Vəfadar Həsənovdur və əslində nə Cavid Qurbanovun, nə onun qardaşı Şəhriyar Şəmşirliyinin haqqında aləmə car çəkilən həmin sünnətə kimin və hansı qiymətə gətiriləcəyindən xəbəri olmayıb. Amma təbii ki, Cavid Qurbanovun xüsusi persona statusunda olması sifariş qullarının işinə yaradığından məhz özlərinə sərf edən şəkildə cəmiyyəti çaşdırıan informasiya yayıblar. Bununla da təkcə qanun və Cavid Qurbanov qarşısında deyil, Allah qatında da gümnah edərək yoxlanılmayan yanlış informasiyanı tirajlamağa tələsiblər. Bu günahınsa cəzasını Uca Yaradan həm onların özlərinə, həm sünnəti olacaq övladlarına çəkdirə bilər... Geri dön |