Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Avropada azərbaycanlı gənclərdən ermənilərə zərbə

Avropada azərbaycanlı gənclərdən ermənilərə zərbə


8-03-2019, 07:56. Yazar: Xeberaz
Avropada azərbaycanlı gənclərdən ermənilərə zərbə

Bu gün Avropa Mühafizəkarları və İslahatçıları partiyasının qatı ermənipərəst üzvü Yeleni Teoxarusun ev sahibliyi və Belçikadakı erməni lobbi təşkilatlarından olan “Ədalət və demokratiya naminə Avropa Ermənistan Federasiyası”nın (EAFJD) təşkilatçılığı ilə antitürk və antiazərbaycan yönümlü “Ermənifobiya: tarixi inkişaf yolu və müasir oyanış” adlı tədbir keçirilib. Lakin tədbirə qoşulan azərbaycanlı gənclər və Avropada təhsil alan həmvətənlərimiz çıxışlar yekunlaşan kimi söz alıb və verdikləri suallarla həm mühazirəçiləri, həm də erməni iştirakçıları çətin vəziyyətə salıblar.
"Xeberaz.Az"  "Azərtac"a istinadən xəbər verir ki, tələbələrimiz Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, beynəxalq hüquq prinsiplərini pozması və Ermənistan cəmiyyətində milliyyətçi və şovinist əhval-ruhiyyənin bütün təbəqələrdə sürətlə inkişaf etməsini faktlarla izah ediblər.
Zaldakı azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində həm Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin ortaq məxrəclər axtardığı bir dönəmdə Ermənistan hakimiyyətinin və onların havadarlarının sifarişi ilə belə bir tədbirin keçirilməsinin bütün səyləri sarsıtdığını qeyd ediblər. Onlar bildiriblər ki, Azərbaycan cəmiyyətini ermənifob kimi qələmə vermək yanlışdır. Əlbəttə, ölkənin işğala məruz qalması, bir milyonadək insanın öz doğma yurdlarından didərgin salınması haqlı olaraq azərbaycanlılarda qəzəb hissi oyadıb. Lakin bu qəzəb bütün ermənilərə deyil, Dağlıq Qarabağdakı həmvətənlərimizə qarşı cinayət törədən, 25 ildən çox müddətdə bir milyona yaxın qaçqın və məcburi köçkünümüzü yaşayış, mülkiyyət və s. hüquqlarından məhrum edən işğalçı və cinayətkar ermənilərə qarşıdır.
Azərbaycanlı tələbələr qondarma qurumun “insan hüquqları müdafiəçisinə” sual ünvanlayaraq, Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının qorunması istiqamətində nə işlər gördüyünü sorğulayıblar.
Daha sonra Bakının mərkəzində dövlət tərəfindən himayə olunan erməni kilsəsinin mövcudluğundan bəhs edən tələbələrimiz Azərbaycanda bu gün də 30 mindən çox etnik erməninin dinc yaşadığını vurğulayıblar. Qeyd olunub ki, monoetnik dəyərlər üzərində qurulan Ermənistan cəmiyyəti həm Ermənistan, həm də işğal olunmuş Azərbaycan ərazilərindəki dini abidələrin və məscidlərin fars mənşəli olmaları ilə bağlı təhrif olunmuş məlumatlar yayır və bu da öz növbəsində ermənifobiyaya gətirib çıxarır. Eyni zamanda, tələbələr ermənifobiyanın digər səbəbinin Ermənistanda bir neçə əsrdir davam edən türk və islamofobiya nəticəsində yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Azərbaycanlı gənclər Ermənistanı nə üçün dünya ictimaiyyətini bir tərəfdən 100 il öncə baş vermiş və həqiqiliyi tam sübut olunmamış hadisələrə inandırmağa, digər tərəfdən isə yaxın keçmişdə Xocalıda törətdiyi qətliamı unutdurmağa yönəlmiş siyasət apardığını sorğu ediblər. Tələbələr, həmçinin nasist ideologiyasının daşıyıcılarına İrəvanda abidə ucaldılmasının Ermənistanın əsl kimliyini və nəinki azərbaycanlılara və türklərə, həmçinin digər etnik mənsubiyyətə malik insanlara da nifrətlə yanaşdığını nümayiş etdirdiyini bildiriblər.
Beləliklə, azərbaycanlı gənclər bir daha sayıqlıq göstərərək, erməni diasporunun Avropa Parlamentinin binasında təşkil etdikləri tədbirdə aparılan təbliğat fəaliyyətinə zərbə vurublar.
Geri dön