Ana Sayfa > M / Karusel / Siyasət / Həftə-Reytinq > 76 yaşlı Zeynəb ana Prezidentdən Əfv diləyir...VİDEO

76 yaşlı Zeynəb ana Prezidentdən Əfv diləyir...VİDEO


8-03-2019, 03:36. Yazar: Xeberaz

Xeyriyyəçiliyi də tanınan eks-deputat Hüseyn Abdullayev 1990-cı illərdən biznes fəaliyyəti ilə ictimai diqqətə gəlib və hazırki iqtidarın qatı tərəfdalarından olub. Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib. 
Fəaliyyəti dövründə hətta Xalq artisti Zülfiyyə Xanbabayevanın ifasında çox böyük çoşquya səbəb olan "Qurban olum Azərbaycan!" mahnısının da müəllifi məhz Hüseyn Abdullayev olmuşdur ki, bu mahnının videoklipinə hətta dövlət başçımızın da İnaqurasiyasını əks etdirən görüntülər də məxsusi olaraq səslə birgə yer almışdır. Bir sözlə, bu videoklipə baxdıqda onun motivində müəllifin özünün belə dövlətə və ona uğurla rəhbərlik edən Ümummilli Liderimiz Heydər Əliyevin layiqli siyasi varisi cənab İlham Əliyevə ali hörməti təcəssüm etdirən poetik notları görməmək mümkün deyil. Bu isə keçmiş deputat Hüseyn Abdullayevin hələ fəaliyyəti dövründə belə Dövlət başçısına necə də sədaqətlə xidmətin göstəricisi idi.
Bundan başqa Hüseyn Abdullayev, Ulu Öndərimizin xeyriyyəçilik simvolundan da nümunə götürərək təhsil sahəsində çalışan bir neçə tələbə və müəllimin də ozamankı ağır sosial durumuna köməkliklər də etmişdir. Bir neçə ödənişli təhsil alan tələbənin təhsil haqlarına kömək edən Hüseyn Abdullayev hətta Nizami rayon məktəblərinin birində ağır kirayəşin durumda yaşayan müəllimə belə özünün vəsaitilə mənzil də alıb bağışlamışdır . Və bu da onun milli təhsilimizin inkişafına xidmət göstərən bir pedaqoqa dövlət qayğısının töhfəsi olmuşdur.
Həyat qəribəliklərlə də bəzən biruzə verir özünü. Zamanın gərdişindən və bəzən də özündən asılı olmayaraq insan xətalara   da yol verdiyinin şahidi olursan. Uca Tanrının Yer üzərinə göndərdiyi Müqəddəs qanunlar toplusu olan 114 surədən ibarət "Qurani-Şərif"-in bütün surələri "Bağışlayan və mehriban Allahın adı ilə!" başlayır.
 Bugün tənha və çətin durumda oğul dərdi ilə bəlkə də ömrünün son günlərini belə yaşayan Zeynəb ana -humanist bir qəlbə malik ,07 aprel 2015-ci ildə Müqəddəs Kəbə ziyarətini edərək "Qurani -Şərif"-i 3dəfə öpüb gözü üzərinə qoyan , çox hörmətli Prezidentimiz Cənab İlham Əliyevdən oğlunun əfv olunmasını diləyir. Biz də həmişə olduğu kimi qüdrətli və humanist qəlbə malik , "mən hər bir Azərbaycan vətəndaşı üçün prezident olacağam!" deyən rəhbərimizdən Ömrümüzə növbəti qədəm qoyan Bahar təravətli Novruzda bir Azərbaycanlı yaşlı ananın axan göz yaşlarının qurumasına səbəb olacaqdır. 
Zeynəb ana , oğlu Hüseynin yol verdiyi xətaların bir ağbirçək xahişinə nəzərən bağışlanaraq övladına qovuşmaq arzusu ilə bir daha Prezident və onun övladlarına Allahdan duaçı olduğunu da kövrək hisslərlə çatdırdı. 
Sonda Zeynəb ana 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Ölkənin birinci xanımı Mehriban xanım Əliyeva başda olmaqla bütün qadınları səmimi qəlbdən təbrik etdi.
Ediləcək bu misilsiz köməyə görə Zeynəb ana Xəbəraz.az redaksiyası vasitəsilə öncədən təşəkkür və dualarını çatdırır.
Bir daha eşq olsun Müasir Azərbaycan dövlətinin qurucusu qəlblərdə əbədiyaşar Heydər Əliyevin uğurlu siyasi xətt davamçısı Cənab İlham Əliyevə!
"Xeberaz.Az"
Geri dön