Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > Cəbhədə Ermənistana məxsus PUA məhv edilib - Foto

Cəbhədə Ermənistana məxsus PUA məhv edilib - Foto


21-02-2019, 16:04. Yazar: xeber
ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

Geri dön