Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı > Müxalifətin mitinqinə İCAZƏ VERİLMƏDİ

Müxalifətin mitinqinə İCAZƏ VERİLMƏDİ


24-01-2019, 17:53. Yazar: Xeberaz
Müxalifətin mitinqinəİCAZƏ VERİLMƏDİ

 Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.
"Xeberaz.Az"  xəbər verir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli "Report"a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
"Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək, mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktunu müzakirə edərək, müvafiq qərar verəcək" - deyə, R.Əhmədli bildirib.
Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib.
Geri dön