Ana Sayfa > M / Karusel / Gündəm / Təhsil > Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq -Nazir əmr verdi

Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq -Nazir əmr verdi


16-01-2019, 14:25. Yazar: xeber
Təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq. Xəbəraz.Az xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. 
Belə ki, Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq. 


Geri dön