Ana Sayfa > M / Karusel / Məşhurların Taleyi > Toppuş bacını əməliyyat edən həkim DANIŞDI: “Öz ginekoloqu...”

Toppuş bacını əməliyyat edən həkim DANIŞDI: “Öz ginekoloqu...”


29-10-2018, 14:16. Yazar: Xeberaz
 
Əməkdar artist Tünzalə Əliyeva üzərində mədəkiçiltmə əməliyyatını həyata keçirən Laparoskopik Bariatrik-Metabolik cərrah Taryel Ömərov aktrisanın əməliyyatdan əvvəl xərçəng xəstəsi olduğunu bilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Xəbəraz.Az xəbər verir ki,publika.az-a danışan həkim bunları deyib:
“Tünzalə xanımın mədəkiçiltmə əməliyyatından əvvəl xərçəng xəstəsi olması ilə bağlı yayılan xəbərlər doğru deyil. Sadəcə Tünzalə xanım əvvəlcədən bilirdi ki, uşaqlıq boynunda papiloma virus mənşəlli eroziya var. Bunu da öz ginekoloqu nəzarətdə saxlayırdı. O, mütəmadi olaraq müayinədən keçirdi və öz müraciət etdiyi ginekoloq tərəfindən müalicə olunurdu.
Uşaqlıq boynunda baş verən patologiyaların mədəkiçiltmə əməliyyatına heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, istənilən bir əməliyyat uşaqlıq boynunda yaranan patologiyanı stimulyasiya etmir. Bunu biz yox, beynəlxalq standartlar və protokollar deyir”.
Məlumat üçün bildirək ki, aktrisa bir neçə ay əvvəl video paylaşaraq xərəçəng xəstəliyinə mədəkiçilmtə əməliyyatının səbəb olmadığını söyləmişdi.
Daha sonra isə aktrisa "Bizimləsən" verilişinə çıxaraq mədəsini kiçiltdiyi üçün peşman olduğunu demişdi:
Daha sonra verilişin qonağı olan aktrisa ayaqlarında da problem yarandığını qeyd edib:
“Arıqlamaq üçün etdiyim əməliyyatlara görə də çox peşmanam. Yemək yeyə bilmirəm. Buna görə də sağalma ehtimalım azalır. Mədəmi kiçiltdim. Hər gün yeməliyəm ki, kökəlim. Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram”.
Qeyd edək ki, “Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyevanın təxminən beş ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi ilə bağlı xəbərlər yayılıb. İddialara görə, aktrisa mədə kiçiltmə əməliyyatından əvvəl xərçəng xəstəsi olduğunu bilib.
Geri dön