Ana Sayfa > M / Karusel / Gündəm > İlham Əliyev xanımı ilə Astara rayonunda

İlham Əliyev xanımı ilə Astara rayonunda


15-10-2018, 16:16. Yazar: Xeberaz

İlham Əliyev xanımı ilə Astara rayonunda

Prezident İlham Əliyev Astara rayonuna səfər edib.

Xeberaz.Az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İcra başçısı Qəzənfər Ağayev Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verib.

Sonra İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verib.

Dövlət başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət ediblər.


Geri dön