Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq > Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olundu

Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olundu


24-09-2018, 19:06. Yazar: Xeberaz

Azərbaycan kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin edilib.

İ.Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyənin Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.


Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.


Geri dön