Ana Sayfa > M / Karusel / Hadisə / Qarabağdan xəbər var > Müdafiə Nazirliyi: "Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib"

Müdafiə Nazirliyi: "Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib"


17-09-2018, 13:10. Yazar: Xeberaz

Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə Trend-in soruğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil:
"Bu, dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır".
Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir:
"O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır".
Geri dön