Ana Sayfa > M / Karusel / Hadisə / Xəbəraz-ın debatı > Gəncə hadisələrinə görə Sumqayıtda məhv edilən şəxsin FOTOSU

Gəncə hadisələrinə görə Sumqayıtda məhv edilən şəxsin FOTOSU


13-08-2018, 13:43. Yazar: Xeberaz




Gəncə hadisələrinin iştirakçısı, 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlunun Sumqayıt şəhərində məhv edilməsi ilə bağlı məlumat vermişdik. 
Minval.info-nun hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, polis əməkdaşlarının təslim olma barədə etdiyi tələbə məhəl qoymayan M.Rəhimov, əksinə, polislərə odlu silahdan atəş açaraq, müqavimət göstərib.
Xidməti silahdan istifadə edən polis əməkdaşları cavab atəşilə onu məhv ediblər.
Hadisə yerinə və meyitə baxış zamanı M.Rəhimovun üzərindən bir ədəd tapança və həmin silaha aid sursat aşkar edilərək maddi sübut kimi götürülüb.

Geri dön