Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Gündəm / Xəbəraz TV / Həftə-Reytinq > Bu şəxslər nazirliyə məlumat versin, yoxsa... - Cərimə

Bu şəxslər nazirliyə məlumat versin, yoxsa... - Cərimə


6-08-2018, 18:37. Yazar: Xeberaz

İkili vətəndaşlığı olan və ya xarici dövlətin vətəndaşlığını qəbul etməyi planlaşdıran şəxslər 1 ay müddətində Dövlət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyinə bu hal barədə yazılı məlumat verməlidirlər.

"Xəbəraz.az " xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov video-çarx paylaşıb.
O qeyd edib ki, 2014-cü il 1 iyul tarixdən sonra xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər 1 ay müddətində sözügedən qurumlara müraciət etməsələr, onlara müvafiq cərimə və ya digər məsuliyyət tədbirləri tətbiq edilir.
Həmçinin, digər dövlətin vətəndaşlığının könüllü əldə edilməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.




Geri dön