Ana Sayfa > M / Karusel / Gündəm / Qarabağdan xəbər var > Prezidentdən Naxçıvanda şəhid olan əsgərlə bağlı - Sərəncam

Prezidentdən Naxçıvanda şəhid olan əsgərlə bağlı - Sərəncam


25-06-2018, 15:46. Yazar: Xeberaz




Azərbaycan Prezidenti İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən şəhid olan ordumuzun əsgəri Tatarov Adil Əli oğlunu təltif edib.
"Xəbəraz.az "  xəbər verir ki, İlham Əliyev Tatarov Adil Əli oğlunun “Vətən uğrunda” medalı ilə təltif olunmasıyla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu bu ilin mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olub.
Geri dön