Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Gömrükdən yalnız bu qədər qızıl və pul keçirmək olar

Gömrükdən yalnız bu qədər qızıl və pul keçirmək olar


23-06-2018, 14:36. Yazar: Xeberaz














Bəzən qadınlar qızıl-zinət əşyalarını boyunlarına-qollarına taxaraq, öz əşyası kimi gömrükdən keçirməyə çalışırlar. Amma bununla bağlı da müddəa var. Hər bir vətəndaş maksimum 20 qram qızıl, 0.5 karat almaz keçirə bilər.
Bu sözləri DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin böyük inspektoru Rövşən Rzayev deyib. O bildirib ki, göstərilən miqdardan artıq zinət əşyası keçirilərsə, qanun çərçivəsində tədbirlər görülür:
"Sərhəddən zinət əşyalarının keçirilməsi qanunla nəzərdə tutulan miqdarda olmalıdır. Artığına icazə verilmir. Ya vətəndaş geri qaytarılır, ya da malın artıq hissəsi saxlanc anbarında saxlanılır. Vətəndaş daha sonra gəlib malını geri apara bilər".
Rövşən Rzayev onu da qeyd edib ki, Mərkəzi Bankın qərarına əsasən, bir şəxs üzərində 10 min dollardan artıq pulla sərhəddən keçə bilməz


Geri dön