Ana Sayfa > M / Karusel / Gündəm > “Watsapp”da daha bir təşvişdolu səs yayıldı - Dənizçidən gəmiçilərə xəbərdarlıq

“Watsapp”da daha bir təşvişdolu səs yayıldı - Dənizçidən gəmiçilərə xəbərdarlıq


29-03-2018, 20:31. Yazar: Xeberaz
“Watsapp”da daha bir təşvişdolu səs yayıldı
“Watsapp” xidmətində sabahdan havanın kəskin dəyişəcəyi ilə bağlı səs yazısı yayılıb.
Səs yazısında dəniz işçisi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.
“Martın 30-dan 31-i günün ikinci yarısına qədər şimal-qərb, şimal küləyinin 19-24, arabir 28-30 metr saniyəyədək güclənəcəyi gözlənilir. Açıq dənizdə arabir 35-38 metr olacaq. Dalğanın hündürlüyü 2,5-4,5 m, sonrakı iki həftə dalğanın hündürlüyü 5,0-8,0 m və daha da çox olacaq”, - deyə məlumatda bildirilir.
Bu məqamda qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 30-dan 31-i gündüzədək Abşeron yarımadasında havanın ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və temperaturun 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.


Geri dön