Ana Sayfa > M / Karusel / Gündəm > Bayıl sürüşmə zonasındakı sakinlərə kompensasiyanın veriləcəyi tarix açıqlandı - RƏSMİ

Bayıl sürüşmə zonasındakı sakinlərə kompensasiyanın veriləcəyi tarix açıqlandı - RƏSMİ


13-03-2018, 11:57. Yazar: Xeberaz

"Bayıl sürüşmə sahəsində evləri dağılan, qəzalı vəziyyətə düşən sakinlərə kompensasiya verilməsinə baxılır. Sakinlər kompensasiyanın məbləğindən narazıdırlar. Bu məsələ müsbət həllini bu həftənin sonuna kimi tapmalıdır".

Bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə sahəsində yaşayan sakinlərlə görüşdə deyib. E. Əzizov qeyd edib ki, qəzalı vəziyyətə düşən 6 mənzilə veriləcək kompensasiyanın məbləği müəyyənləşib: "Kompensasiyanın məbləğinin artırılması məsələsinə baxılacaq. Mənzilləri təhlükəli ərazidə yerləşməyən sakinlərin öz evlərində yaşamalarına imkan verilə bilər. Bütün məsələlərə baxılacaq. Bunlar hamısı alim və mütəxəssislərin rəyindən asılı olacaq". 



Geri dön