Ana Sayfa > M / Karusel / Siyasət > MSK sədri Milli Şuranın mitinqinə münasibət bildirdi

MSK sədri Milli Şuranın mitinqinə münasibət bildirdi


7-03-2018, 12:40. Yazar: Xeberaz

Siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Şuranın qarşıdakı mitinqinə münasibət bildirərkən deyib.
M.Pənahov bildirib ki, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır: “Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, seçki ilə bağlı hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur".
MSK sədri hesab edir ki, siyasi partiyalar kifayət qədər təcrübəli partiyalardır: "İnanmıram ki, kimsə bilə-bilə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun".


Geri dön