Ana Sayfa > M / Karusel / Dünya / M2 > Gözlənilməz istefa - maliyyə naziri getdi (FOTO)

Gözlənilməz istefa - maliyyə naziri getdi (FOTO)


6-07-2015, 12:35. Yazar: Xeberaz
Gözlənilməz istefa - maliyyə naziri getdi (FOTO)
Son zamanlar kreditorlarla münaqişə edən Varufakisin postundan getməsi ölkədə şok effekti yaradıb
Yunanıstan maliyyə naziri Yanis Varoufakis istefa etdiyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, dünən ölkədə baş tutan referendumda iştirak edən yunanların 59,7 faizi kreditorların tələblərinə "yox" desə də, bu, maliyyə nazirinin postundan getməsinin qarşısını ala bilməyib. Varufakis öz Twitter hesabından mesaj yayaraq istefa etdiyini açıqlayıb.

Son zamanlar kreditorlarla münaqişə edən Varufakis istefa etməsini belə əsaslandırıb: "Referendum nəticəsi məlum olandan dərhal sonra, Avro qrupundakı bəziləri və onların ortaqları mənim yığıncaqlara qatılmamam üçün seçim ediblər. Baş nazir isə bu qərarla razılaşaraq bundan hansısa nəticə əldə edə biləcəyini düşünüb. Məhz bu səbəbdən bu gün maliyyə nazirliyi postundan istefa edirəm", - deyə Varufakis qeyd edib.
Geri dön