Ana Sayfa > M / Karusel / Gündəm / Təhsil > Bu gün MÜƏLLİMLƏRİN bayramıdır

Bu gün MÜƏLLİMLƏRİN bayramıdır


5-10-2017, 09:38. Yazar: Xeberaz


Bu gün Beynəlxalq Müəllimlər Günüdür. 5 oktyabr Beynəlxalq Müəllimlər gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il il oktyabrın 5-də YUNESKO verib. Həmin vaxt bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. 

İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edir.


Hazırda Azərbaycanda 150 mindən çox orta məktəb müəllimi fəaliyyət göstərir. 

 
Azərbaycanda Müəllimlər günü 1993-cü ildən qeyd olunur.
Geri dön