Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Foto-fakt > Putindən Avropa Oyunları ilə bağlı təbrik

Putindən Avropa Oyunları ilə bağlı təbrik


28-06-2015, 15:44. Yazar: Xeberaz
Putindən Avropa Oyunları ilə bağlı təbrik

Rusiya prezidenti Vladimir Putin I Avropa Oyunlarında ölkə millisini qeyri-rəsmi komanda hesabında qələbə qazandığı üçün təbrik edib və qeyd edib ki, rusiyalı idmançıların potensialı “Rio 2016” Olimpiadasında uğurlu çıxışının təminatıdır

Xeberaz.az bu barədə RIA Novosti-yə istinadən xəbər verir.

O bildirib ki, I Avropa Oyunlarında qeyri-rəsmi komanda hesabında qalib gəlməklə Rusiya millisi ölkə idmanı tarixində yeni və parlaq səhifə yazıb: “Uğur yalnız ustalıqdan deyil, həmçinin psixoloji dözüm, komanda həmrəyliyi və iradə gücündən asılıdır. Siz bu keyfiyyətləri tamamilə nümayiş etdirə bildiniz. Təbrik edirəm! Afərin!”

V.Putin məşqçilərə və idmançılara kömək edən hər bir kəsə xüsusi minnətdarlığını bildirib: “Birlikdə sübut etdiniz ki, millimizin böyük potensialı və yaxşı ehtiyatları var”.
Geri dön