Ana Sayfa > M / Karusel / Dünya / M2 / Foto-fakt > Bu ölkədə dəhşət yaşandı: 200-dən çox yaralı (FOTO)

Bu ölkədə dəhşət yaşandı: 200-dən çox yaralı (FOTO)


27-06-2015, 22:57. Yazar: Xeberaz
Bu ölkədə dəhşət yaşandı: 200-dən çox yaralı (FOTO)
Hadisə yerinə cəlb olunan polislər faktla bağlı araşdırmalara başlayıblar.
Tayvanın Sinbey şəhərinin ən böyük aquaparkında güclü partlayış olub. ANS PRESS-in məlumtına görə, aquaparkda keçirilən Colour Play Asia bayramı zamanı dəhşətli partlayış olub.

Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. İlkin məlumatlara görə, güclü partlayış nəticəsində 200-dən çox adam yaralanıb.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Partlayışın baş verməsində ilkin versiya kimi şounun təşkil edilməsi üçün hazırlanan pirotexniki maddələr göstərilir.

Hadisə yerinə cəlb olunan polislər faktla bağlı araşdırmalara başlayıblar.




Geri dön