Ana Sayfa > M / Karusel / Maraqlı / M2 / Fotogalereya > Qalib idmançılara verilən hədiyyə nədir? – FOTO

Qalib idmançılara verilən hədiyyə nədir? – FOTO


19-06-2015, 13:18. Yazar: Xeberaz
Qalib idmançılara verilən hədiyyə nədir? – FOTO
Sosial şəbəkələrdə də bununla bağlı müzakirə gedir.

Avropa Oyunlarında qələbə qazanmış idmançıların mükafatlanma mərasimində çoxları üçün müəmmalı sayılacaq an yaşanır. Hər bir idmançıya milli naxışlarla bəzədilmiş boğçanın içində hədiyyə təqdim olunur. Həmin boğçanın içində nə olduğu çoxları üçün maraqlıdır. Hətta sosial şəbəkələrdə də bununla bağlı müzakirə gedir.

Xeberaz.az xəbər verir ki, Milli.Az idmançılara verilən həmin boğçanın içində nə olduğunu öyrənib.

Saytın əməkdaşı ötən gün bürünc medal qazanan türkiyəli güləşçi Merve Kengerdən xahiş edib ki, həmin boğçanı açsın.

Məlum olub ki, çoxları üçün müəmmaya çevrilmiş həmin boğçanın içində olan medal qabıdır. İdmançılar qazandıqları medalları həmin qaba qoya bilərlər.

Geri dön