Ana Sayfa > M / Karusel / Hadisə / M2 / Fotogalereya / Araşdırma > Zorlanaraq öldürülən qızın atası: “Qatili mənə verin” (TƏFƏRRÜAT, FOTO)

Zorlanaraq öldürülən qızın atası: “Qatili mənə verin” (TƏFƏRRÜAT, FOTO)


18-06-2015, 15:50. Yazar: Xeberaz
Zorlanaraq öldürülən qızın atası: “Qatili mənə verin” (TƏFƏRRÜAT, FOTO)

ANS PRESS-in məlumatına görə, 3 gün əvvəl itkin düşən 18 yaşlı Cansu Kayanın meyiti su kanalından tapılıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Araşdırmalara başlanılıb. Məlum olub ki, 18 yaşlı qızı qətlə yetiriblər. Onun bədənindən döyülmə izləri də olub. Bundan əlavə meyiti müayinə etdikdə onun zorlandığı da məlum olub.

Qeyd edək ki, 3 gün əvvəl ofisant işləyən Cansu Kaya işdən sonra evə gedib. Lakin qız həmin gün itkin düşüb. Araşdırmalar zamanı Cansu Kayanın son olaraq sevgilisi U.D. ilə görüşdüyü məlum olub. Müəyyən edilib ki, qız sevgilisi ilə birlikdə 3 nəfər tanışı ilə birlikdə olub. Sonradan qızdan xəbər tutan olmayıb. Şübhəlilər polis tərəfindən saxlanılıblar və dindiriliblər. Polis hələlik istintaqın gedişilə bağlı açıqlama verməyib.

18 yaşlı Cansu Kayanın arıçılıq və fermerliklə məşğul olan 50 yaşlı atası Osman Kaya jurnalistlərə qızının dəhşətli şəkildə öldürülməsilə bağlı ürəkağradan müsahibə verib. Kişi müsahibəsində bu faciənin heç bir atanın başına gəlməməsini diləyib.
“Heç bir valideyn mənim çəkdiyim acını çəkməsin. Qızım kimlərinsə şəhvətinin qurbanı oldu. Deyirlər ki, onun ölümündə 3 nəfər şübhəli bilinir. Lakin hələlik qatil məlum deyil. Bir arzum var, qızımın qatilini mənə versinlər. Onu özüm cəzalandırmaq istəyirəm. Sonra məni qoy lap öldürsünlər”, - deyə Osman Kaya bildirib.

Qeyd edək ki, cinayəti törədənlər tapılaraq həbs dilməyənə qədər qətlə yetirilən Osman Kaya polis nəzarətilə hərəkət edir. Onun qəzəbli olması və intiqam alacağı istisna olmadığı üçün, atdığı hər bir addım izlənilir. Çünki Osman Kaya Muğlada tanınmış fermerdi. Onun çoxlu işçiləri və mühavizəçiləri var. Osman Kaya qızının qatilini müəyyən edərsə, onu dəhşətli şəkildə öldürəcəyini gizlətmir.
Geri dön