Ana Sayfa > M / Karusel / Dünya / M2 / Fotogalereya > Janna Friske sabah dəfn ediləcək (FOTO)

Janna Friske sabah dəfn ediləcək (FOTO)


17-06-2015, 00:54. Yazar: Xeberaz
Janna Friske sabah dəfn ediləcək (FOTO)
Müğənni Janna Friske ilə vidalaşma Moskvada "Krokus Siti Holl" da olacaq
Tanınmış rusiyalı müğənni Janna Friske uzun sürən xəstəlikdən sonra həyatının 41-ci ilində vəfat etdi. ANS PRESS-in məlumatına görə, Friske ilə vida mərasimi sabah keçiriləcək.

Müğənni Janna Friske ilə vidalaşma Moskvada "Krokus Siti Holl" da olacaq, dəfn isə cümə axşamı Nikolo-Arxangelsk qəbiristanlığında keçəcək. Bu barədə aktrisasının atası Vladimir Friske bildirib.

Qeyd edək ki, müğənni 2013-cü ildən beyin xərcəngi ilə mübarizə aparırdı. Janna Friske 1996-cı ildən “Blestyaşiye” qrupunda çıxış etməyə başladıqdan sonra məşhurlaşıb. 2003-cü ildən o uğurlu solo karyerasına başlayıb.Həmçinin bir neçə filmdə çəkilmiş müğənninin 2013-cü ildə Platon adında oğlu dünyaya gəlib.


Geri dön