Ana Sayfa > M, K, İdman, Gənclərimiz > Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov : "Qənirə xanım Alpaqutun inkişafında böyük rol oynayacaq"

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov : "Qənirə xanım Alpaqutun inkişafında böyük rol oynayacaq"


8-01-2017, 19:42. Yazar: Xeberaz
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov : "Qənirə xanım Alpaqutun inkişafında böyük rol oynayacaq"

"Xəbəraz.az "-a açıqlama verən Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov millət vəkili Qənirə Paşayevanın Dünya Alpaqut Federasiyasının 1-ci vitse-prezidenti seçilməsinə münasibət bildirib: "Ölkəmizin ictimai-siyasi həyatında aktiv rol oynayan, gördüyü işlərlə insanların rəğbətini, sevgisini qazanan bir xanıma, Milli Məclisinin deputatı Qənirə Paşayevaya önəmli bir vəzifə verilib.
Dünya Alpaqut Federasiyasının 1-ci vitse-prezidenti seçilməsi Qənirə xanımın bütün fəaliyyətində türkün tarixinə, dünəninə sahib çıxmasının məntiqi nəticəsi idi.
Xanımlarımızın qəhrəmanlıq tariximiz olan, türkün qədim döyüş sənəti olan bir idman növü üzrə yüksək vəzifədə qərarlaşması da təqdirəlayiq haldır.
Azərbaycan Alpaqut Federasiyası və şəxsim adına Qənirə xanım Paşayevanı təbrik edir və ona fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, Qənirə Paşayeva alpaqutun inkişafında, bütün dünyaya tanıdılmasında işləri ilə böyük rol oynayacaqdır."
Geri dön