Ana Sayfa > M / Karusel / Siyasət / Dünya > Trampdan İstanbul teraktına – Münasibət

Trampdan İstanbul teraktına – Münasibət


4-01-2017, 16:45. Yazar: Xeberaz
Trampdan İstanbul teraktına – Münasibət

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yeni il gecəsi İstanbulda baş verən terror hücumuna münasibət bildirib.

"Xəbəraz.az " xəbər verir ki, Meksika ilə sərhədə divar hörməkdən danışan Tramp qəflətən mövzunu İstanbul hücumu üzərinə gətirib:

“Güclü sərhədlərimiz olacaq. Bu yolla insanlar sadəcə qanuni yollarla ölkəmizə gələ biləcək. Bizim istədiyimiz kimi. Divarlardan danışdıq, Türkiyədə baş verənləri eşitdinizmi? Türkiyədə böyük bir faciə olub. Çox, çox, çox insan ölüb. Orada böyük hadisələr baş verir. Bu, qorxu göstəricisidir”.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum olub. Nəticədə 27 turist olmaqla 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.


Geri dön