Ana Sayfa > M / Karusel / Siyasət / Dünya > ““Millətimizin qəzəbi böyükdür, biz də əsəbi və hirsliyik” - Ərdoğan

““Millətimizin qəzəbi böyükdür, biz də əsəbi və hirsliyik” - Ərdoğan


4-01-2017, 15:34. Yazar: Xeberaz
““Millətimizin qəzəbi böyükdür, biz də əsəbi və hirsliyik” -  Ərdoğan


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 33-cü “Muhtarlar toplantısı”nda iştirak edib.

"Xəbəraz.az " xəbər verir ki, Ərdoğan terrorla mübarizə aparacaq bir gücə sahib olduqlarını söyləyib:

“Biz dəfələrlə terror məruz qalmışıq, bizi belə imtahanla yoxlayıblar. Fərqli terror təşkilatları eyni məqsəd güdür, tez-tez qarşımıza çıxırlar. Bu hücumlarla mübarizə apara biləcək bir gücə sahibik. Təəssüf ki, bu hücumda da itirdiklərimiz oldu. Torpağa basdırılan hər bir can bir atəş kimi ürəyimizi yandırır. Bilirəm ki, millətimizin qəzəbi böyükdür. İnanın, biz də sizlər kimi əsəbi və hirsliyik.

Ölkəmiz yeni bir istiqlal mübarizəsi içindədir. Çox açıq danışıram, “Türkiyə təslim oldu” demək, terroristlə eyni mövqedə iştirak etməkdir. Çünki, terror təşkilatlarının hamısı bu cümləni işlədir. Bu sözü işlədən şəxs siyasət etmir, yalnız ölkəsinə qarşı qurulan şər ittifaqın dəyirmanına su daşıyır”.


Geri dön