Ana Sayfa > M / Karusel / Siyasət / Dünya > Baxçalı: “Qəflətdə qalmaq vaxtı deyil”

Baxçalı: “Qəflətdə qalmaq vaxtı deyil”


3-01-2017, 12:18. Yazar: Xeberaz
Baxçalı: “Qəflətdə qalmaq vaxtı deyil”


Milli vicdan Türkiyənin təhlükəsizliyə qovuşmayacağını göstərir.

"Xəbəraz.az " xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısındakı çıxışı zamanı söyləyib.

“Ölkəmiz niyə od-alov arasında qalıb? Yanlış haradadır və iradəsizliyin günahkarları kimlərdir? Türkiyəni yeni Suriyaya çevirmək cəhdi sürətlə davam etdiyi zamanda qəflətdə qalmaq olmaz. Gələcəyimiz qaranlıq əllər tərəfindən boğulur. Təkcə 2016-cı ildə 839 şəhidimiz var. Sizdən soruşuram, bu bir fəlakət deyilmi? Bəs terror bitir, analar ağlamayacaq deyilirdi? O zaman Türkiyənin nə zaman belə bir tələyə düşdüyünü hansı bəhanələrlə izah edəcəksiniz? İndiyə qədər çoxlu düşmən məhv etmişik. Eynisini bir daha təkrarlayarıq. Xain və dəstəkçiləri nə qədər qətliam törətsələr də bu dövlətin kürəyi yerə gəlməyəcək” – o bildirib.



Geri dön