Ana Sayfa > M / Karusel / Gündəm / Qarabağdan xəbər var > Kəlbəcər rayonundan olan bir qrup aztəminatlı ailələrinə bayram hədiyyələri təqdim edilib.

Kəlbəcər rayonundan olan bir qrup aztəminatlı ailələrinə bayram hədiyyələri təqdim edilib.

30-12-2016, 17:31. Yazar: Xeberaz
Kəlbəcər rayonundan olan bir qrup aztəminatlı ailələrinə bayram hədiyyələri təqdim edilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisinin deputatı Cavid Qurbanovun tapşırığına əsasən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmirəyliyi günü və qarşıdan gələn 2017-ci il Yeni il bayramı münasibəti ilə bir qrup aztəminatlı məcburi köçkün ailəsi ilə görüş keçirilib.

Millət vəkili Cavid Qurbanovun nümayəndəsi Həbib Misirov keçirilən görüşdə bildirib ki, bir neçə gün öncə Ölkə Prezidenti cənab İlham Əliyev bütün dünyada yaşayan Azərbaycan ailələrini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni İl bayramı münasibətilə təbrik etdi, hər bir azərbaycanlıya ən xoş arzu və diləklərini yetirdi.

Millət vəkili Cavid Qurbanovun göstərişinə əsasən mütəmadi olaraq Kəlbəcər rayonundan məcburi köçkün düşən nisbətən aztəminatlı, şəhid ailələri, müharibə iştirakçıları olub sağlamlıqlarını itirmiş və sosial qayğıya ehtiyacı olan insanların özləri və ailələri ilə görüşlər keçirilir. Bu günkü görüşdə bayram ərəfəsində sosial qayğıya ehtiyacı olan bir qrup insanlar və onların ailə üzvləri iştirak etmişdir.

Həbib Misirov ölkəmizdə qaçqın və məcburi köçkün olan, xüsusi qayğıya ehtiyac duyan insanların dövlətimiz, həmçinin dünyada öz xeyirxah əməlləri ilə tanınan, Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın sosial təşəbbüsləri ilə daima diqqətdə saxlanması insanlarımız tərəfindən olduqca yüksək dəyərləndirilir. Bu faktı görüşdə iştirak edən məcburi köçkün ailələri də öz çıxışlarında ifadə etdilər.

Tədbirin sonunda bir daha tədbir iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edildi, onlara bayram hədiyyələri təqdim olundu.

Geri dön