Ana Sayfa > M / Karusel / Siyasət > Putin və Ərdoğan Suriyadakı atəşkəsi müzakirə etdilər

Putin və Ərdoğan Suriyadakı atəşkəsi müzakirə etdilər


30-12-2016, 01:24. Yazar: Xeberaz
Putin və Ərdoğan Suriyadakı atəşkəsi müzakirə etdilər
Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər Suriyada əldə olunmuş atəşkəs razılaşmasını və Astanada keçiriləcək danışıqlara hazırlıq məsələlərini müzakirə ediblər.

Prezidentlər atəşkəs rejiminin İŞİD terror qruplaşmasına şamil edilməməsinə dair razılığa gəliblər.

Tərəflər Suriya hökuməti və mötədil müxalifət arasında Rusiya və Türkiyə vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan məmnun olduqlarını ifadə ediblər.
Geri dön