Ana Sayfa > M / Karusel / Siyasət > ABŞ rusiyalı diplomatlara 72 saat vaxt verdi

ABŞ rusiyalı diplomatlara 72 saat vaxt verdi


30-12-2016, 01:17. Yazar: Xeberaz
ABŞ rusiyalı diplomatlara 72 saat vaxt verdi
ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters”ə Amerika administrasiyasından bildirilib.

Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar.

Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar.

Bundan başqa, ABŞ hökuməti Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlamağı qərara alıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edir.
Geri dön