Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Təbriklər > Prezident ailəsi ilə Uşaq Bərpa Mərkəzinin açılışında

Prezident ailəsi ilə Uşaq Bərpa Mərkəzinin açılışında


29-12-2016, 15:54. Yazar: Xeberaz
Prezident ailəsi ilə Uşaq Bərpa Mərkəzinin açılışında

Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

Advertising Loading...

"Xəbəraz.az "-ın AzərTAc-a istinadən məlumatına görə, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da tədbirdə iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verərək bildirib ki, Uşaq Bərpa Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. Binada indiyədək əsaslı təmir və yenidənqurma işləri aparılmamışdı. 2015-ci ildə mərkəzdə başlayan yenidənqurma işləri yüksək səviyyədə başa çatıb.

Dövlət başçısı və xanımı Mehriban Əliyeva Uşaq Bərpa Mərkəzində yaradılan şəraitlə tanış olublar.
Geri dön