Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Ərdoğan: "Amerika məsumları öldürən terrorçulara dəstək verir"

Ərdoğan: "Amerika məsumları öldürən terrorçulara dəstək verir"


29-12-2016, 13:59. Yazar: Xeberaz
Ərdoğan: "Amerika məsumları öldürən terrorçulara dəstək verir"
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-a qarşı çox sərt bəyanatla çıxış edib.

Ərdoğan çıxışında Amerika başda olmaqla bir çox ölkənin Türkiyədə terror törədən təşkilatlara dəstək verdiyini iddia edib: “Terrorla hər zaman mübarizə aparacağıq. Eyni mübarizəni İraqda, Suriyada, lazım olan hər yerdə davam etdirəcəyik. Siz terror təşkilatlarına bu bölgədə silahlı yardım göstərsəniz, inciməyin, buna göz yuman deyilik. NATO-da sizinlə müttəfiqik, amma siz bu dəstəkləri bizə yox, terror təşkilatlarına verirsiniz. Suriyada nə NATO-nun, nə də digər müttəfiq ölkələrin kiçik bir dəstəyini görmürük. Amerika başda olmaqla, bir çox ölkələr bölgəmizdə məsumları qətl edən terrorçulara dəstək verir”.
Geri dön