Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Reportaj > Aydın Əliyev Siyəzəndə vətəndaşları qəbul edib

Aydın Əliyev Siyəzəndə vətəndaşları qəbul edib


29-12-2016, 12:07. Yazar: Xeberaz
Aydın Əliyev Siyəzəndə vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarının sakinlərinin müraciətləri dinlənilib.


Qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Geri dön