Ana Sayfa > M / Karusel / Siyasət > İran nümayəndə heyəti bu gün Bakıya gəlir

İran nümayəndə heyəti bu gün Bakıya gəlir


26-12-2016, 15:07. Yazar: Xeberaz
İran nümayəndə heyəti bu gün Bakıya gəlir
İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 26-29-da Azərbaycana səfərə gələcək.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

İran nümayəndə heyəti səfər zamanı həmçinin, Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcəkdir.
Geri dön