Ana Sayfa > M / Karusel / Gündəm / Təhsil > Leyla Əliyeva gecədə şeir dedi - Fotolar

Leyla Əliyeva gecədə şeir dedi - Fotolar

24-12-2016, 09:57. Yazar: Xeberaz
Leyla Əliyeva gecədə şeir dedi - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Söz” ədəbi layihəsi çərçivəsində poeziya gecəsi keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc şairə Leyla Əliyeva iştirak edib. Gecədəki poeziyasevərlər, gənc şairlər müxtəlif mövzularda şeirləri səsləndiriblər.

Tədbirdə, həmçinin Rusiya, Fransa və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri şeirlər, o cümlədən Bakı haqqında şeir söyləyiblər. Eyni zamanda, Leyla Əliyeva öz şeirlərini tamaşaçılar üçün təqdim edib.

Geri dön